“Tac-2014” MMC Kürdəmir şəhərində 21 çoxmənzilli evin əsaslı təmirini həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Kürdəmir Rayon İcra Hakimiyyəti “Tac-2014” MMC Kürdəmir şəhərində 21 çoxmənzilli evin əsaslı təmir işləri üzrə podratçı seçilib”, - deyə agentliyin müsahibi qeyd edib.
Onun sözlərinə görə, bu işlərin icrası haqqında müqavilə 2015-ci ilin sonunda imzalanıb.
“Müqavilənin dəyəri 2 mln. 929 min 943,23 manata bərabərdir”, - deyə o əlavə edib.
A.Əzizov