Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-na manatın dollara nisbətən rəsmi məzənnəsini yanvarın 18-də qeydə alınmış 1,5870 manat /$1 səviyyəsinə qarşı 1,6028 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara nisbətən 0,9956% ucuzlaşıb.
Mərkəzi Bank yanvarın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsini yanvarın 18-də qeydə alınmış 1,7293 manat/1EUR səviyyəsinə qarşı 1,7451manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9137% ucuzlaşıb.
Yanvarın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi yanvarın 18-də qeydə alınmış 0,0203 manat/1RUR səviyyəsinə qarşı 0,0202 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4926% möhkəmlənib.
A.Əzizov