Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında Vergi Məcəlləsində vətəndaşların bank əmanətləri üzrə gəlirlərinə 3 il müddətinə verginin tətbiq edilməsini nəzərdə tutan dəyişikliklər təsdiq edilib.
Dəyişikliklərə əsasən, 2016-cı il fevralın 1-dən Azərbaycan vətəndaşlarının bank əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulmayacaq. Bu, üç il müddətinə nəzərdə tutulub.
Bundan əlavə, dəyişikliklər dividend, diskont və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri şəklində gəlir vergisi tutulmalarının aradan qaldırılmasını da nəzərdə tutur.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-dək Azərbaycanda vətəndaşların bank əmanətləri üzrə gəlirlərindən vergi tutulmurdu. Həmin ildən isə vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulması prarktikası tətbiq edilib.
Vergi dərəcəsi 10% təşkil edir.
AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovun qiymətləndirmələrinə görə, hazırda əhalinin banklarda 9,3 mlrd. manat məbləğində əmanəti var. Cari 10% vergi dərəcəsi ilə vergi güzəştlərinin tətbiqindən yaranacaq büdcə itkiləri 93 mln. manat məbləğində qiymətləndirilir.
A.Axundov