Son 10-12 il ərzində Azərbaycan bankları iqtisadiyyatına inkişafına 80 mlrd. manat kredit ayırıblar. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün parlamentdə çıxışı zamanı məlumat verib.
“Banklar ölkənin iqtisadi inkişafında mühüm rol oynayıblar. Son 10-12 ildə onlar tərəfindən ümumilikdə 80 mlrd. manat kredit ayrılıb”, - deyə o bildirib.
AMB sədrinin sözlərinə görə, həmin dövrdə banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcmi iqtisadiyyatın dövlət büdcəsindən maliyyələşdirilmə həcmi ilə müqayisə ediləndir.