“Bank of Azerbaijan” ASC Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvlüyündən çıxarılıb.
“Yanvarın 18-də AMB “Bank of Azerbaijan” ASC-nin lisenziyasını ləğv edib. Bunun əsasında bank yanvarın 19-dan ADIF-in üzvlüyündən çıxarılıb”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə (50 mln. manat - İF-Az), məcmu kapitalının adekvatlıq əmsalı 3%-dən az olduğuna, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərir. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşib.
A.Əzizov