“CinemaPlus” kinoteatrında “Qanlı Yanvar” filminin pulsuz nümayişi olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə kinoteatrdan məlumat verilib.
Azərbaycanın premium kinoteatrı “CinemaPlus” 20 yanvar tarixində “Qanlı Yanvar” filmini pulsuz nümayiş etdirəcək. Filmin rejissoru Vahid Mustafayevdir, baş rolları Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir ifa edirlər.
Film 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələrdən bəhs edir.
Bununla yanaşı, 20 yanvar tarixində kinoteatr komediya filmlərini repertuarından çıxaracaq.
A.Zeydullayeva