SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsində quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilir.
272 nömrəli quyu 15 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyu gündəlik 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova