Azərbayan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci ildə 520 layihə maliyyələşdirib. Bu barədə Azərbayan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın 2015-ci ildəki fəaliyyətinə həsr olunan hesabat konfransında məlumat verib.
Onun sözlərinə görə, 819 layihə daxil olub, onlardan 520 layihənin maliyyələşdirilməsinə 5,225 mln. manat ayrılıb. Həmin layihələrdən 513-ü yerli QHT-lər tərəfindən təqdim olunub.
Onların layihələrinin reallaşdırılmasına 4,75 mln. manat ayrılıb. Reallaşdırılmasına 504,6 min manat ayrılan 7 layihə xarici QHT-lər tərəfindən təqdim olunub.
Layihələrin həyata keçirilməsinə 2009 nəfər cəlb edilib. Onlardan 847 nəfər daimi, 1162 nəfər isə müvəqqəti əsaslarla cəlb olunub.
B.Rüstəmbəyov