2015-ci ildə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2014-cü illə müqayisədə 7,8% - 8 mlrd. 389,9 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 52,6%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövrü ərzində mədənçıxarma sənayesinə investisiya qoyuluşları 7 mlrd. 200,3 mln. manat (artım 18,8%) təşkil edib.
Emal sənayesinə 405,3 mln. manat (azalma 38,3%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 193,2 mln. manat (azalma 55,3%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 591,1 mln. manat (azalma 6,9%) investisiya qoyulub.
Bundan başqa, 2015-ci ildə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 mlrd. 192,6 mln. manat (azalma 11,8%), rabitə və informasiya sahəsinə 354,9 mln. manat (artım 2,2 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 640,7 mln. manat (azalma 47,5%), təhsil sahəsinə 308,5 mln. manat (azalma 40,3%) investisiya qoyuluşu həyata keçirilib.
2015-ci ildə yaşayış evlərinin tikintisi sahəsinə 1 mlrd. 29,7 mln. manat (azalma 4,6%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Axundov