Tarif (qiymət) Şurasının Katibliyinin ştatı 10% - 30 vahiddən 33 vahidə qədər artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən "Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında" 9 mart 2006-cı il tarixli qərarda dəyişiklik edilib.
A.Əzizov