Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2015-ci ildə 10 mln. 36,845 min manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb ki, bu da 2014-cü ilin göstəricisindən 3,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
Məlumata əsasən, hesabat dövrü ərzində Dövlət Komitəsi girovla bağlı 20 (azalma 33%), girovun əlavə qeydiyyata alınması üzrə 6 əməliyyat (azalma 65%) qeydiyyata alıb.
2015-ci ildə QKDK tərəfindən 2 min ipoteka kağızı (azalma 26%) qeydiyyata alınıb, 2,393 min ipoteka kağızı (azalma 16%) isə əlavə qeydiyyatdan keçib.
Xəbər verildiyi kimi, QKDK 2014-cü ildə 39 mln. 42,796 min manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb.
A.Axundov