Azərbaycan prezidenti İlham Əliyev Davosda bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Belə ki, yanvarın 21-də dövlət başçısı “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşüb. Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub. “Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanıb.
Bundan başqa, hər iki tərəf arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Prezident İ.Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə də görüşüb. Görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
A.Zeydullayeva