Cavid Quliyev “Kapital Bank”ın Müşahidə Şurasının üzvlüyündən azad edilib. Bu barədə bankdan məlumat verilib.
“Yanvarın 21-də “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncağın qərarına əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq Cavid Quliyev Bankın Müşahidə Şurasının üzvlüyündən azad edilib”, - deyə məlumatda deyilir.
“Kapital Bank” Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
A.Əzizov