Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılışı olub. Bu barədə Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdulla mətbuat konfransında məlumat verib.
“Əcnəbi dostlarla əlaqələrimiz daha da möhkəmlənir. 20 ali məktəbdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən başqa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden şəhərində filialının açılışı da olub”, - deyə K.Abdulla bildirib.
Onun sözlərinə görə, Rusiya, Gürcüstan, İsveçrə, Qazaxıstan və Portuqaliyada bu cür mərkəzlərin açılması planlaşdırılır.
“Əcnəbi gənclər bu gün Azərbaycanın maraqlarını fəal müdafiə edirlər. Bütün bunlar Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin təbliğatı sahəsində həyata keçirilən böyük işin nəticəsidir”, - deyə o qeyd edib.
A.Zedullayeva