Bakının Nardaran qəsəbəsində Bilik Evinin açılışı olacaq. Bu barədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla mətbuat konfransında məlumat verib.
“Qəsəbə ictimaiyyəti ilə müzakirələr aparılacaq, multikulturalizm ruhunun yüksəlməsi, həmçinin din və dövlətə münasibət məsələləri ilə bağlı böyük iş aparılacaq”, - deyə o məlumat verib.
Onun sözlərinə görə, Nardaran ictimaiyyəti buna hazırdır.
“Bakının qəsəbələrində ziyalılar yaşayır, bu istiqamət bizim üçün prioritetlərdən biri olacaq”, - deyə K.Abdulla əlavə edib.
Bundan başqa, o məlumat verib ki, respublikanın bölgələrində mərkəzlər açılacaq, burada azərbaycanlı gənclər zəruri mənəvi tərbiyə alacaqlar. “Onlara multikulturalizmin əsasları da tədris olunacaq”, - deyə o vurğulayıb.
A.Zeydullayeva