Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” birgə Tvinninq layihəsinə yekun vurulub.
Nazirliyin məlumatına əsasən, eyni zamanda, 12 təlim həyata keçirilib. Avropalı mütəxəssislər tərəfindən həyata keçirilən 10 təlim seansında nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiat və Tədris Mərkəzinin, Şaqan və Sumqayıt Əlillərin Bərpa mərkəzlərinin, Uşaq Bərpa Mərkəzinin, QHT-lərin nümayəndələri iştirak ediblər.
Layihə çərçivəsində hazırlanmış Qiymətləndirmə Forması əsasında nazirliyin Şaqan və Sumqayıt Əlillərin Bərpa mərkəzlərində bərpa prosesi keçən əlilliyi olan şəxslərin 6 komponent üzrə tibbi və sosial qiymətləndirmələri aparılıb.
Həmin Qiymətləndirmə Forması vasitəsi ilə toplanmış məlumatlardan istifadə olunmaqla əlilliyi olan şəxslər üçün Fərdi İnkişaf Planının hazırlanması işləri görülüb.
B.Rüstəmbəyov