2015-ci ildə Azərbaycan iqtisadiyyatına $11 mlrd. həcmində xarici sərmayə qoyulub. Bu barədə Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bəyan edib.
“Ötən il ölkə iqtisadiyyatına $11 mlrd. xarici sərmayənin qoyulması onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır”, - deyə F.Nəbiyev 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuşxidməti müşavirədə bildirib.
Onun sözlərinə görə, Miqrasiya Məcəlləsinə əsasən dövlətin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına ən azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir.
Xidmət rəisi qeyd edib ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma mövcud qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.
F.İsazadə