Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra ölkələrin səfirləri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazir Belarus səfiri Gennadiy Axramoviç, İsrail səfiri Dan Stav, Macarıstan səfiri İmre Laslotski və İndoneziya səfiri Prayono Atiyantonu qəbul edib.
Görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında formalaşmış mövcud münasibətlər təhlil edilib və bu əlaqələrin daha dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüş iştirakçıları turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı turist səfərlərinin artımına nail olunması istiqamətində birgə layihələrin həyata keçirilməsinin önəmini də qeyd ediblər.
A.Zeydullayeva