2015-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 mlrd. 854 mln. 672,03 min təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, 2015-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,98%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat ilində Azərbaycan məhsullarının RF-yə ixrac həcmi $416 mln. 770,78 min təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 34,9% azdır. 2015-ci ildə Azərbaycana mal idxalının ümumi həcmində 15,59% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, RF ilə ixrac-idxal münasibətlərində Azərbaycanın ticarət dövriyyəsinin mənfi saldosu $1 mlrd. 21 mln. 130,47 min təşkil edib.
N.Abbasova