Yanvarın 21-də Davosda prezident İlham Əliyevin TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub. Bu barədə rəsmi mətbuat xəbər verir.
Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Bundan başqa, “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
F.İsazadə