Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Xəbər verildiyi kimi, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub. Yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R.SəfərovMüdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, keçmiş deputat və hakim Yeni Azərbaycan Partiyasının təsisçilərindən biri olan Eldar Sabiroğlunun oğludur.
F.İsazadə