Azərbaycan hökuməti 2016-cı il üçün inflyasiya üzrə proqnozu 10-12%-ə qədər artırıb. Bu barədə maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində bildirib.
“Nazirliyin yenilənmiş sosial-iqtisadi proqnozuna əsasən, 2016-cı ildə inflyasiya 10-12% səviyyəsində proqnozlaşdırılır”, - deyə nazir məlumat verib.
Onun sözlərinə görə, proqnoza təkrar baxılması 2015-ci ilin dekabr ayında manatın devalvasiyası nəticəsində inflyasiya təzyiqinin artması ilə əlaqədardır.
Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə respublikada orta illik inflyasiyanı 3,3% səviyyəsində proqnozlaşdırmışdı.
2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsinə qarşı 1,55 manat/$1 səviyyəsində müəyyən edib.
A.Axundov