Daxili İşlər Nazirliyi (DİN) yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən külli miqdarda pul oğurlanması ilə bağlı cinayət işinin üstünün açılması barədə məlumat verir.
Nazirliyin rəsmi saytında verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamaqda şübhəli bilinərək tutulub.
R.Babayev