2015-ci ildə Azərbaycanda çörək və çörək-bulka məmulatlarının istehsalı 2014-cü illə müqayisədə 1,2% - 754,8 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə ət istehsalı (quş əti də daxil olmaqla) 0,8% - 254,1 min ton, süd istehsalı 2,2% - 857,4 min ton, qaymaq və xama istehsalı 1% - 4 min 698,4 ton, pendir və kəsmik istehsalı 0,8% - 48 min 498,5 ton, kərə yağı istehsalı 2,6% - 23 min 740,6 tona qədər artıb.
2015-ci ildə təmizlənmiş maye bitki yağı istehsalı 3,2% - 67 min 516,8 ton, kolbasa istehsalı 14,2% - 2 min 105,9 tona qədər artıb.
Qeyd olunan dövrdə marqarin istehsalında 14,9% - 24 min 924,7 ton, qənd və şəkər tozu istehsalında 19,4% - 330,3 min ton, cem və marmelad istehsalında 0,9% - 34 min 664 tona qədər azalma qeydə alınıb.
Ümumilikdə 2015-ci ildə qida məhsullarının istehsalı 2014-cü illə müqayisədə 2,9% artıb.
A.Axundov