Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il fevralın 1-dən uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləğinin artırılması barədə sərəncam imzalayıb.
Bazar ertəsi dövlət başçısının rəsmi saytında dərc edilmiş sərəncama əsasən, 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən ediləcək.
A.Əzizov