Azərbaycan Dövlət “Yuğ” teatrının binasının sökülməsi ilə əlaqədar teatr yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
Teatrın kollektivi 26 yanvar tarixində köhnə binasında T.Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşası ilə sonuncu dəfə seyrçilərin qarşısına çıxacaq. Tamaşada əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.
Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, Azərbaycan Dövlət “Yuğ” teatrının M.Muxtarov küçəsi, 83 ünvanda yerləşən binasının sökülməsi nəzərdə tutulub.
A.Zeydullayeva