2015-ci ildə Azərbaycanda tikinti sektorunda 25 mindən artıq iş yeri bağlanıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Cari ilin əvvəlinə tikinti sektorunda iş yerlərinin sayı ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 25 mindən çox azalıb”, - deyən S.Müslümov qeyd edib ki, bu cür vəziyyət digər sahələrdə də müşahidə olunur.
O məlumat verib ki, nazirlik SOCAR və “Azəriqaz” İB ilə müşavirə keçirərək iş yerlərinin açılması məsələsini müzakirə edəcək.
Nazirin sözlərinə görə, bu cür görüşlər digər idarələrdə də keçiriləcək. Bundan başqa, insanları ölkənin müxtəlif bölgələrində ictimai işlərə cəlb etməklə iş yerlərinin açılması da planlaşdırılır.
A.Axundov