Azərbaycan “Eurovision-2016” musiqi yarışmasının birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
İsveçdə “Eurovision-2016” mahnı yarışmasının püşkatma mərasimi keçirilib.
Yarımfinalda iştirak edəcək ölkələrin adları məlum olub. Belə ki, mayın 10-da İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək birinci yarımfinalda Azərbaycan, Rusiya, Ermənistan, Xorvatiya, Finlandiya, Moldova, Yunanıstan, Macarıstan, San-Marino, Niderland, Kipr, Malta, Bosniya və Herseqovina, Estoniya, Çexiya, Monteneqro, İslandiya və Avstriya təmsilçiləri çıxış edəcək.
Müsabiqənin final mərhələsi mayın 16-da Stokholmda “Globen Arena” konsert zalında keçiriləcək.
A.Zeydullayeva