Azərbaycan Mərkəzi Bankı (AMB) “United Credit Bank” ASC və “NBCBank” ASC-nin lisenziyalarını ləğv edərək banklara müvəqqəti inzibatçı təyin edib. Bu barədə AMB-dən məlumat verilib.
“Bu qərar bankların məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub”, - deyə məlumatda qeyd edilir.
Mərkəzi Bank bildirir ki, “NBCBank” ASC və “United Kredit Bank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
2016-cı il yanvarın 18-dən etibarən AMB 4 bankın lisenziyasını ləğv edib. Lisenziyaya malik olan bankların sayı 39-dək azalıb.
“NBCBank” 1992-ci ilin dekabr ayında “Ruzu bank” kim i təsis edilib. 2003-cü ilin yanvar ayında bankın adı dəyişdirilərək “NBCBank” adlandırılıb.
“United Kredit Bank” ASC 1996-cı ildə yaradılıb.
A.Axundov