2006-2015-ci illərdə dövlət büdcəsinə vergi daxilolmaları 7,2 dəfə - 622 mln. manatadək artıb. Bu barədə vergilər naziri Fazil Məmmədov bəyan edib.
“Son 10 il ərzində bölgələrdə müsbət dəyişikliklər baş verib: yeni müəssisələr, müasir infrastruktur yaradılıb. Bütün bunlar bu dövr ərzində dövlət büdcəsinin 4,4 dəfə artan gəlirlərinə təsir edib”, - deyə F.Məmmədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bölgələrdə münbit biznes mühit formalaşıb.
“Nəticədə dövlət büdcəsinə vergi daxilolmaları artıb. Əgər 2006-cı ildə bölgələrdən vergi daxilolmaları cəmi 86,6 mln. manat təşkil edirdisə, 2015-ci ilin yekunları üzrə bu göstərici 622 mln. manat olub, yəni 7,2 dəfə artıb”, - deyə nazir qeyd edib.
A.Əzizov