Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər yaralanıb. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Bazar ertəsi 101 cinayət faktı qeydə alınıb, onların 42-si “isti izlər”lə açılıb. Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 50 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 10 fakt müəyyən edilib.
B.Rüstəmbəyov