Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Maliyyə Nazirliyinin $500 mln. dəyərində dövlət ortamüddətli və qısamüddətli istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
QKDK Maliyyə Nazirliyinin istiqrazlarının iki seriyasını qeydiyyata alıb.
Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının emissiya həcmi $300 mln. təşkil edəcək. Emissiya hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 mln. ədəd istiqraza bölünüb.
Bundan başqa, dövlət ortamüddətli istiqrazlarının emissiya həcmi $200 mln. təşkil edəcək. Emissiya hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 2 mln. ədəd istiqraza bölünüb.
Daha əvvəl maliyyə naziri Samir Şərifov nazirliyin ABŞ dollarında dövlət istiqrazlarını dövriyyəyə buraxmağı planlaşdırdığı barədə məlumat vermişdi.
A.Əzizov