Yanvarın 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. Bu barədə AZƏRTAC dövlət agentliyi xəbər verir.
İclasda Milli Məclisin deputatı, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bu komitənin sədri seçilib.
İlk dəfədir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.
R.Babayev