Bakının Suraxanı rayonunda köhnə univermaq binasının damının çökməsi nəticəsində iki nəfər yaralanıb. Bu barədə Bakı şəhər Təcilivə TəxirəsalınmazTibbi Yardım Stansiyasından məlumat verilib.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım briqadaları işləyir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
B.Rüstəmbəyov