Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar üçün “aşbaz köməkçisi” üzrə peşə hazırlığı kursu təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitənin mətbuat xidmətindən məlumat verilib.
Kurslar “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-cı illər)” müvafiq olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşəbbüsü ilə təşkil edilib.
Peşə hazırlığı kursunu uğurla bitirən məhkumlara sertifikatlar verilib.
A.Zeydullayeva