Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bəyan edib.
“Regionlarda bu göstərici 80% təşkil edir”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 12,5 min km uzunluğunda qaz xətləri çəkilib.
“Ötən il ölkənin 43 rayonunda 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib”, - deyə nazir qeyd edib.
A.Axundov