2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycana buğda idxalı 1 mln. 249,7 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 16,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $275 mln. 997,4 min dəyərində buğda idxal olunub (artım 4,1%).
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $114 mln. 333,3 min məbləğində 266,3 min ton xam şəkər və qənd (idxal həcmi 28,8% azalıb), $63 mln. 88,7 min məbləğində 103,5 min ton bitki yağı (azalma 1,4%), $13 mln. 471,5 min məbləğində 6 min 133,3 ton çay (azalma 13,5%), $20 mln. 646,2 min məbləğində 12,332 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 36,8%) idxal edilib.
2015-ci ilin yanvar-noyabr aylarında ölkəyə $29 mln. 998,7 min məbləğində 53 min 372,9 ton təzə meyvə (artım 4,2 dəfə), $5 mln. 610,1 min məbləğində 23 min 897,7 ton təzə tərəvəz (artım 5,5%), $9 mln. 402,6 min məbləğində 110 min ton kartof (azalma 0,3%) idxal edilib.
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $9 mln. 649,6 min məbləğində 4 min 468,2 ton iribuynuzlu heyvan əti (artım 11,9%), $5 mln. 220,7 min məbləğində 6 min 327,8 ton quş əti və digər ət məhsulları (azalma 11,1%) idxal olunub.
N.Abbasova