Yanvar ayında Azərbaycanda ana ölümü ilə bağlı 6 fakt qeydə alınıb. Bu barədə çərşənbə günü Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq
ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva mətbuat konfransında məlumat verib.
“Bu faktlardan üçü tam araşdırılıb. Digər üç faktla bağlı anatomik-pataloji nəticələri gözləyirik”, - deyə L.Rzaquliyeva bildirib.
Onun sözlərinə görə, qadınlar çox zaman hamiləlik zamanı zəruri olan adi müayinəyə laqeydliklə yanaşaraq həkimə gec müraciət edirlər.
“Qadınlar tanış, qonşu, qohumların sözünə qulaq asmamalıdırlar. Hamilə qadın daha məsuliyyətli olmalı və öz sağlamlığına diqqətlə yanaşmalıdır”, - deyə L.Rzaquliyeva vurğulayıb.
A.Zeydullayeva