“Travel.ru” turizm xidməti 2016-cı ildə MDB məkanında və yaxın xaricdə rusiyalı turistlər üçün ən populyar istiqamətləri müəyyən edib.
Reytinq 2016-cı il fevralın 1-dən dekabrın 31-dək rusiyalıların qalmaq üçün otel sifarişi məlumatları əsasında hazırlanıb.
“Ötən il MDB ölkələrinə müstəqil səyahət edən turistlərin sayı 20% artıb, Bakı rusiyalı turistlərin ən çox səyahət etdiyi 5 şəhərdən biridir”,- deyə “Travel.ru” turizm xidmətinin kommunikasiyalar üzrə direktoru Yakov Sadçikov qeyd edib.
Rusiyalılar bu il Bakıya orta hesabla 4 günlük səfər üçün yer bron edirlər və sutkada 3 min rubldan çox sərf etməyə hazırdırlar.
Xidmətin məlumatına əsasən, rusiyalı turistlərin 2016-cı ildə səfər etmək istədiyi yaxın xaric və MDB şəhərlərinin siyahısına Minsk, Tbilisi, İrəvan, Bakı, Kiyev, Almatı, Daşkənd, Kişinyov, Astana və Vitebsk daxildir.
Oktogo.ru saytının məlumatında isə deyilir ki, 2016-cı ildə MDB ölkələrində ən ucuz səyahət paketi Kişnyov və Daşkəndə, ən bahalı paket Astanaya olacaq.
B.Rüstəmbəyov