Azərbaycan prezidenti İlham Əliyev Küveyt və Misirə səfirlərin təyin olunması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Elxan Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt Dövlətində, Tural RzayevisəAzərbaycan Respublikasının Misir Ərəb Respublikasındafövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Elman Zeynalov Latviyadakı səfir vəzifəsindən geri çağırılıb.
B.Rüstəmbəyov