Prezident İlham Əliyev GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu barədə cümə axşamı rəsmi KİV-lər məlumat verir.
Protokol GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında 2015-ci il iyulun 8-də Bakı şəhərində imzalanıb.
R.Babayev