“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Ələt qəsəbəsindəki bərə terminalının ərazisinə qoyulacaq konteynerlərin satınalınması üçün kotirovka sorğusu həyata keçirir. Bu barədə QSC-nin elanında deylir.
Bundan başqa, liman donanma xidməti üçün aşağıdakı məhsulların: gəmi kəndiri (diametri 75 sm) - 982 kq, gəmi kəndiri (diametri 85 sm) - 148 kq, gəmi kəndiri (diametri 100 sm) - 375 kq - satınalınması məqsədilə kotirovka həyata keçirir.
Həmçinin QSC əsas yük terminalı ərazisində sərhəd və gömrük-keçid yoxlama məntəqəsi üçün yığılıb-sökülən otaqların satınalınması üçün kotirovka sorğusu keçirir.
Sorğuda iştirak etmək istəyən şirkətlər 5 fevral 2016-cı ilə qədər təkliflərini təqdim etməlidir.
N.Abbasova