Çinin "PowerChina" şirkəti yaxın vaxtlarda Azərbaycanda Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində layihənin reallaşdırılmasına başlamağı planlaşdırır. Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (AREA) məlumat verilib.
"PowerChina"nın nümayəndə heyəti tanışlıq məqsədilə Azərbaycanda səfərdədir.
“Dövlət Agentliyinin sədri Akim Bədəlov ilə görüş zamanı Çin nümayəndə heyəti investisiya qoyuluşu cəhətdən Azərbaycanın regionun ən cəlbedici ölkəsi olduğunu vurğulayaraq tezliklə ABOEM sahəsində birgə layihələrə başlamaq niyyətində olduqlarını bildirib”, - deyə məlumatda qeyd edilir.
Səfər çərçivəsində qonaqlar AZGÜNTEX günəş panelləri zavodu, Qobustan Eksperimental Poliqonu, Pirallahı Günəş elektrik stansiyası ilə tanış olublar.
N.Abbasova