2011-2015-ci illərdə Vergilər Nazirliyi tərəfindən əmək müqavilələrinin imzalanması ilə bağlı qanunvericiliyin pozulması faktları ilə bağlı vergi ödəyicilərinə qarşı 40,7 mln. manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“2011-2015-ci illərdə nazirlik tərəfindən 72,203 min vergi ödəyicisində əməkdaşlarla əmək müqavilələrinin mövcudluğuna dair yoxlamalar aparılıb. Yoxlamaların nəticəsində 22,308 min vergi ödəyicisində qanun pozuntusu aşkar edilib, 41,210 min əməkdaşın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Qanun pozuntularına görə vergi ödəyicilərinəq qarşı 40,7 mln. manat məbləğində maliyyə sanksiyaları tətbiq olunub”, - deyə nazirliyin nümayəndəsi vurğulayıb.
2015-ci ildə bu istiqamətdə 4,353 min obyektdə nəzarət tədbirləri həyata keçirilib. Həmin obyektlərin 2,443 min subyektində 4,168 min əməkdaşla əmək müqavilələrinin olmaması aşkar edilib.
“Pozuculara qarşı 4 mln. 9 min manat məbləğində cərimə sanksiyaları tətbiq edilib”, - deyə nazirlikdən qeyd olunub.
A.Əzizov