Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 2 fevral – Gənclər günü ilə əlaqədar tabeliyində olan müəssisələrdə keçiriləcək tədbirlər planını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə idarənin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
29 yanvar-3 fevral tarixlərində idarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə 2 fevral – Gənclər gününə həsr olunmuş sərgilər, söhbətlər, slayd-şoular, yarışmalar, dəyirmi masalar, görüşlər, tamaşalar, ekskursiyalar, məruzələr, mühazirələr və konsertlər keçiriləcək.
Qeyd edək ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncama əsasən 2 fevral - Azərbaycan Gəncləri günü elan olunub.
A.Zeydullayeva