Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşı İnqilab Əhədov saxlanılıb.
DTX-nin məlumatında qeyd edilir ki, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ.Əhədov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
B.Rüstəmbəyov