Məşhur yaponiyalı pianoçu Keyko Matsui Heydər Əliyev Sarayında çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə tədbirin təşkilatçıları məlumat veriblər.
Pianoçu martın 5-də çıxış edəcək. K.Matsui nyu-eyc və caz üslubunda kompozisiyalar ifa edir. İndiyədək 20 albom buraxıb. K.Matsui fəal xeyriyyəçiliklə məşğul olur.
Pianoçu artıq Bakıda konsert proqramı ilə çıxış edib.
A.Zeydullayeva