Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında keçmiş deputat, prezident İlham Əliyevin əmisi Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb.
Parlamentin ilk plenar iclası dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin yaz sessiyasını açıq elan edib.
İclasın gündəliyinə 16 məsələ daxil edilib.
Deputatların səs çoxluğu ilə “İntizam komissiyasının təşkil edilməsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi i komitələrinin yeni üzvlərinin seçilməsi haqqında” sənədlər təsdiq olunub.
R. Babayev