Avropa İttifaqı (Aİ) Azərbaycanı readmissiya və viza rejiminin sadələşdirilməsi məsələləri üzrə əndişə törədən ölkə kimi görmür. Bu sözləri Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
“Həmin saziş çərçivəsində (Azərbaycan və Aİ arasında “Readmissiya haqqında” saziş -İF-Az) neçə Azərbaycan vətəndaşının vətənə qaytarılmasına dair dəqiq məlumatım yoxdur. Lakin biz istərdik ki, daha çox sayda azərbaycanlı Avropaya səfər etsin və əksinə”, - deyə M.Mard bəyan edib.
“Əslində biz turistlərin sayının artmasının şahidi oluruq. Hesab edirik ki, bunun üçün yaxşı imkanlar var, çünki saziş proseduru sadələşdirir və xidmətlərə görə ödəniş məbləğini azaldır”, - deyə o əlavə edib.
F.İsazadə