Milli Məclisin deputatı Zahid Oruc dünyaca məşhur yazıçı Çingiz Abdullayevi tutduğu dörd vəzifədən bir və ya bir neçəsindən imtinaya etməyə və beləliklə, bir neçə vəzifə tutan məmurlara nümunə olmağa çağırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentdən məlumat verir.
“Tanınmış yazıçı Çingiz Abdullayevlə bağlı məsələyə toxunmaq istərdim. O, bu yaxınlarda sosial şəbəkələrdə yazıb ki, 4 uşaq atasının ixtisara salınması ilə bağlı sənədi imzalamaqdan imtina edib”, - deyə Z.Oruc bazar ertəsi Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu xəbərdarlıq öz əməkdaşlarını ixtisara salmaq niyyətində olan işəgötürənlər üçün nümunə olmalıdır.
“Ümid edirəm ki, Ç.Abdullayev sözlərimdən inciməz. O özü 4 vəzifə icra edir”, - deyə deputat qeyd edib.
Z.Oruc vurğulayıb ki, Ç.Abdullayev Beynəxlaq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və
Tərəfdaşlıq Fondunun rəhbəri, Azərbaycan PEN-klubunun vitse-prezidenti, Yazıçılar İttifaqının katibi və “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir.
“Ç.Abdullayev yazdığı kitablar hesabına rahat yaşaya biləcək yazıçıdır. O, bunu dəfələrlə nümayiş etdirib və tərifəlayiqdir. Hesab edirəm ki, Ç.Abdullayevin bəyanatı həm özünə, həm iki və ya üç vəzifə tutan parlament üzvlərinə, o cümlədən məmurlara da aiddir”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, nazirin ali məktəbdə dərs demək hüququ yoxdur.
“Bu nöqteyi-nəzərdən hesablamalarıma əsasən, ən azı 1 min vəzifəni azad emək mümkündür. Qoy bu proses Ç.Abdullayevdən başlasın və deputat və məmurlarla davam etsin”, - deyə Z.Oruc bəyan edib.
R.Babayev